AZ

Yusif Abdullayev: Turizm sahəsi ECO ölkələri arasında qarşılıqlı fəaliyyətin ən vacib istiqamətlərindəndir

Şuşa, 2 iyul, AZƏRTAC

Turizm sahəsi İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ölkələri arasında qarşılıqlı fəaliyyətin ən vacib və perspektivli istiqamətlərindən biridir. ECO-ya üzv dövlətlər arasında tekstil sektoru da əməkdaşlığın inkişafı üçün cəlbedici istiqamətlər sırasındadır. Çünki təşkilatın bütün ölkələri bu sahədə böyük təcrübəyə malikdir.

AZƏRTAC xəbər verir ki, bu barədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Şuşada keçirilən 6-cı ECO biznes-forumunda çıxışı zamanı deyib.

İcraçı direktor ECO-nun Baş katibinin ölkələr arasında ticarətin təşviqi üçün strukturlar arasında mübadilə platformasının yaradılması təklifini yüksək qiymətləndirib: “Bu istiqamətdə tərəflər gələcək əməkdaşlıq üçün iş aparacaqlar. Bundan başqa, gələcəkdə birgə sərgilərinin keçirilməsi də istisna deyil. Həmçinin növbəti görüşlərdə nəqliyyat-logistika əlaqələrinin inkişafı məsələsinə diqqət yetiriləcək”.

 

Seçilən
1
22
azertag.az

10Mənbələr