AZ

Sarkisyana qarşı yeni cinayət işi açıldı

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı yeni cinayət ittihamı irəli sürülüb. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

O, xüsusilə külli miqdarda rüşvət almaqda və sahibkarlıq fəaliyyətində qanunsuz iştirakda ittiham olunur.

Qeyd olunur ki, sabiq dövlət başçısı 2000-2018-ci illərdə Ermənistanın müdafiə naziri, baş nazir, prezident, daha sonra isə yenidən baş naziri vəzifələrində çalışarkən kommersiya təşkilatları yaradıb.

Belə ki, o, dostu Mixail Baqdasarov vasitəsilə Ararat rayonunun Surenavan icmasında bitum zavodunun tikintisində iştirak edib. Üstəlik, bunu xarici investisiyalar hesabına edib. 

Hazırda o, xüsusilə külli miqdarda rüşvət almaqda və qanunla müəyyən edilmiş qadağaya zidd olaraq qanunsuz olaraq sahibkarlıq fəaliyyətində iştirakda ittiham olunur.

Bundan əvvəl Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana qarşı daha bir cinayət işinin məhkəməyə verildiyini açıqlayıb. Qeyd olunub ki, 2008-ci ilin fevralında Sarkisyan baş nazir postunu tutarkən baş köməkçisi (qeyri-rəsmi məlumata görə, bu, eks-prezidentin kürəkəni Mikael Minasyan olub) ilə birlikdə 2,9 milyon dollar rüşvət alıb. Bunun müqabilində guya Ermənistanda qeydiyyatdan keçmiş şirkətlərdən birinin səhmlərinin 100 faizinin xarici investora satılmasında maneə yaratmamağa razılaşıblar.

Ağarza Elçinoğlu 

Seçilən
21
40
unikal.az

10Mənbələr