Hindistanın Himaçal-Pradeş ştatında cari musson mövsümündə leysan yağışlar, daşqınlar və torpaq sürüşmələri nəticəsində ən azı 51 nəfər ölüb, 22 nəfər itkin düşüb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Milli Fövqəladə Halların İdarəetmə Mərkəzi iyunun 20-dən iyulun 1-dək olan dövr üçün dəymiş ziyan hesabatını açıqlayıb.
“İndiyədək müxtəlif səbəblərdən, o cümlədən daşqınlar, sürüşmələr, ildırım vurması və yol qəzaları nəticəsində 51 nəfər ölüb”, - deyə hesabatda bildirilir.
O, həmçinin musson yağışları ilə bağlı hadisələrdə 103 nəfərin xəsarət aldığını bildirib.
Məlumata görə, 204 evə ziyan dəyib, onlardan 22-si tamamilə dağılıb. Mağazalar, mal tövlələri və fəhlə evləri də daxil olmaqla 84 tikili də zərər görüb.
QAZİLER.AZ