Azertag saytına istinadən ain.az xəbər verir.
Kiyev, 2 iyun, AZƏRTAC
Ukrayna Prokurorlar Şurasının təqdimatı ilə ölkənin Baş prokuroru əslən azərbaycanlı Amil Ömərovu Xarkov Vilayət Prokurorluğunun rəhbəri vəzifəsinə təyin edib.
Bu barədə AZƏRTAC-a Ukraynanın Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
Amil Ömərov prokurorluq orqanlarında kifayət qədər təcrübəsi var. O, son 9 ildə prokurorluq orqanlarında rəhbər vəzifələrdə, xüsusən 2021-ci ildən - Xarkov şəhərinin Şevçenko Rayon Prokuroru kimi fəaliyyət göstərib.
Namizədlik müstəsna olaraq peşəkar keyfiyyətlər, təcrübə və qanunvericilik meyarlarına uyğunluq nəzərə alınmaqla - Ukrayna Prokurorlar Şurasının müvafiq tövsiyəsindən sonra təyin edilib. İcra müddəti 5 illikdir.
Qeyd edək ki, Amil Ömərov Azərbaycanın diaspor fəalı, dövlət idaretməsi üzrə elmlər doktoru, professor Azad Ömərovun oğludur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.