"Qalatasaray"ı tərk edən Kerem Demirbayın yeni klubu bəlli olub.
İdman.biz xəbər verir ki, o, karyerasını "Eyüpspor"da davam etdirəcək.
Kerem komandaya sərbəst agent kimi qoşulub. 31 yaşlı yarımmüdafiəçi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Demirbay 2024/2025 mövsümündə "Qalatasaray"ın heyətində meydana çıxdığı 34 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.
İdman.biz