ain.az, Oxu.az portalına istinadən məlumat verir.
"Atletiko Madrid" komandası "Vilyarreal" klubunun və İspaniya yığmasının vingeri Aleks Baenanı transfer edib.
Oxu.Az bu barədə "Haber Global" telekanalına istinadla xəbər verir.
23 yaşlı futbolçunun Madrid təmsilçisi ilə imzaladığı müqavilənin müddəti 2030-cu ilin yayına kimi nəzərdə tutulub.
"Atletiko Madrid" futbolçunun transferi üçün ümumilikdə 50 milyon avro ödəyib.
Qeyd edək ki, ötən mövsüm Baena La Liqada 32 matçda yeddi qol vurub və 10 məhsuldar ötürmə edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.