Oxumeni.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ukrayna şirkətlərinə NATO ölkələrindən birində silah istehsalına icazə verilə bilər
Ukrayna silahları gələcəkdə Danimarkada istehsal oluna bilər. Kiyev və Kopenhagen bu məsələ ilə bağlı danışıqlar aparır.
Nau.ch xəbər verir ki, bunu Danimarkanın müdafiə naziri Troels Lund Poulsen deyib.
"Düşünürəm ki, biz bu danışıqların nəticələrini sentyabr və ya oktyabrda görəcəyik", - danimarkalı nazir hesab edir.
O, Ukrayna pilotsuz təyyarələri və raketlərinin Danimarkada istehsal oluna biləcəyini vurğulayıb.
Poulsenin sözlərinə görə, ölkələr arasında danışıqlar zəruridir, çünki hazırda Ukraynanın müdafiə müəssisələrinin öz istehsalatını digər Avropa ölkələrinə ötürmək üçün qanuni imkanları yoxdur. Bunun üçün Ukrayna ilk növbədə yeni qanun qəbul etməlidir.
Danimarkada Ukrayna silahlarının istehsalı onu Rusiyanın hücumlarından qoruyacaq. Danimarka obyektlərinə zərbə endirəcəyi təqdirdə, Rusiya NATO-nun cavab tədbiri riski ilə üzləşəcək.
Xatırladaq ki, iyunun 25-də Ukrayna prezidenti Vladimir Zelenski Danimarkanın baş naziri Mette Frederiksen ilə görüşdən sonra Ukraynanın birgə müdafiə istehsalına başlayacağı ilk ölkə Danimarka olacağını bildirmişdi.
Əziz Mustafa , Oxuməni.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.