Qazaxıstanın paytaxtı Astanada boks üzrə Dünya Kuboku davam edir.

Offsideplus.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın üçüncü günündə milli komandamızın daha bir idmançısı mərhələ adlayıb.

Belə ki, 1/4 finalda Sübhan Mamedov (50 kq) Türkiyə təmsilçisi Samet Gümüşlə qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib.

Nəticədə boksçumuz yarımfinala vəsiqə qazanıb. Bununla da, o, özü üçün ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, Dünya Kubokuna 30 ölkədən 300-dək boksçu qatılıb.