“Mançester Yunayted”in futbolçusu Ceydon Sanço karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Yuventus” futbolçunun xidmətində maraqlıdır. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Sanço son mövsümü “Çelsi”də icarədə keçirmişdi.
London klubu onun transfer hüququnu almaqdan imtina edərək, onu “Mançester Yunayted”ə qaytarıb.