AZ

Hacıqabulda iki yük maşını toqquşdu, sürücülər xəsarət aldı

HACIQABUL, 3 iyul. TELEQRAF

Hacıqabulda "TIR" ilə"KamAZ" markalı yük avtomobilləri toqquşub.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax avtomagistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "TIR" markalı yük maşını hərəkətdə olarkən qarşıda gedən "KamAZ" markalı yük maşınına çırpılıb.

İlkin məlumata görə, "TIR" ın sürücüsü Türkmənistan vətəndaşı olub və sükan arxasında yatdığından avtomobil qarşıdan gedən yük avtomobilinə çırpılıb. Nəticədə "KamAZ" markalı yük maşını yol kənarına yuvarlanıb, hər ikiatomobilyararsız hala düşüb, sürücülər xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
34
50
teleqraf.com

10Mənbələr