Avqustun 6-da Polşa prezidenti postunu tərk edəcək Anjey Duda ona təklif edilərsə, məmnuniyyətlə Baş nazir olmaq istədiyini etiraf edib.
Qaziler.az-ın məlumatına görə, bu barədə dövlət başçısı “Polsat” telekanalına müsahibəsində bildirib.
“Əgər mənə belə bir vəzifə (baş nazir postunu tutmaq) təklif edilsəydi, tərəddüd etməzdim”, - Duda bildirib.
Eyni zamanda siyasətçi etiraf edib ki, hökumətə başçılıq etmək üçün hələlik heç bir təklif almayıb.
Aparıcının beynəlxalq təşkilatlarda mövqe tutmağın mümkünlüyü ilə bağlı sualını cavablandıran Duda “bu gün dünyada mühafizəkar siyasətçilərin mühüm beynəlxalq təşkilatlarda vəzifə tutması üçün əlverişli siyasi ab-hava yoxdur”, - deyə cavab verib.
Duda 2015-ci il avqustun 6-da Polşanın prezidenti olub və bu vəzifəni ardıcıl iki prezidentlik müddətində icra edib.
QAZİLER.AZ