AZ

Ersin Tatar: Şimali Kipr Türk Cümhuriyyyəti Azərbaycanla münasibətlərə çox önəm verir

Şimali Kipr Türk Cümhuriyyyəti Azərbaycanla münasibətlərə çox önəm verir.

Bu fikirləri "Report"a müsahibəsində Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar deyib.

Prezident qeyd edib ki, Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylər davam etdirilir və bu, son dərəcə vacibdir:

"İki ölkə arasında tarixi bağlar, ortaq mədəniyyət, ortaq düşüncə var. Bu mənada, münasibətlərin inkişafında hər iki tərəf maraqlıdır və daha da irəli aparılacağına inamımız sonsuzdur".

Ersin Tatar onu da vurğulayıb ki, ona təqdim edilən Azərbaycan Texniki Universitetinin Fəxri doktor diplomu şəxsən özünə və Şimali Kipr Türk Cümhuriyyəti xalqına olan dəstəyin, inamın, etibarın və ehtiramın ifadəsidir.

Şimali Kipr Türk Cümhuriyyəti Prezidenti Azərbaycandan hər zaman dəstək hiss etdiklərini xüsusilə vurğulayıb:

"Prezident İlham Əliyevin bu yöndə açıqlamaları olub: mən hər zaman Şimali Kipr Türk Cümhuriyyətinin arxasındayam. Bu mənada, bu dəstəyi hər zaman hiss etmişik və xalqımız bütün çətinliklərə qarşı hər zaman dik dayanıb".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Seçilən
1
27
report.az

10Mənbələr