AZ

ABŞ İran danışıqları gələn həftə Norveçdə baş tuta bilər

ain.az, Missiya.az portalına istinadən məlumat verir.

İsrail və ABŞ-nin hücumlarından sonra İranın nüvə proqramı ilə bağlı Tehran və Vaşinqton arasında danışıqlarının növbəti raundu gələn həftə Osloda baş tuta bilər. Missiya.Az "Azad İran"a istinadən xəbər verir ki, bununla bağlı İsrailin “Kanal 12” telekanalı məlumat yayıb.

Bildirilib ki, danışıqların yeni mərhələsinə başlamaq üçün Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkof və İranın xarici işlər naziri Abbas Əraqçı arasında məsləhətləşmələr aparılır.

Telekanal danışıqlardan bir neçə gün öncə İsrailin məlumatlandırıldığını vurğulayıb və qeyd edib ki, ölkənin strateji işlər naziri Ron Dermer Vaşinqtona səfəri zamanı Ağ Evin rəsmiləri ilə görüşdə İsrailin qırmızı xətlərini müzakirə edib.

Zərintac MayisqızıMissiya.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
50
missiya.az

10Mənbələr