ain.az bildirir, Ayna portalına istinadən.
Vaşinqtonun fikrini dəyişmək qərarı Ukrayna və onun müttəfiqlərini təəccübləndirib
NATO müttəfiqlərindən biri Kiyevə silah tədarükünü dayandırmaq qərarına yenidən baxmaq üçün Pentaqona təzyiq göstərir. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Vaşinqtonun fikrini dəyişmək qərarı hava hücumundan müdafiə raketləri və artilleriya mərmilərinin dayandırılmasından sonra “Ukrayna və onun müttəfiqlərini təəccübləndirib”.
Eyni zamanda, amerikalı qanunvericilərdən biri agentliyə bildirib ki, hazırda silahlar başqa yerə yönəldilməyib ki, bu da “pauzanın müvəqqəti xarakterindən xəbər verir”.
İyulun 2-də Pentaqon Ukrayna Silahlı Qüvvələrinə bəzi zenit-raket komplekslərinin və digər dəqiq idarə olunan hərbi sursatların tədarükünü dayandırıb və öz silah ehtiyatlarının azaldılmasından ehtiyat edib.
“NBC News”un məlumatına görə, çatdırılan yüklərin bir hissəsi artıq Avropadadır, lakin hələlik Ukraynaya verilməyib. Onların daşınması da ABŞ Müdafiə Nazirliyi tam inventar aparana qədər təxirə salınacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.