AZ

ŞOK İDDİA: Paşinyan vəzifədən uzaqlaşdırılır? / VİDEO

“Ermənistanın Baş naziri kreslosunda oturan, ölkənin xarici və daxili siyasətini iflasa uğradan, beş min gəncin həyatına son qoyan, erməniləri Qarabağdan çıxarmağa səbəb olan, bütün dövlət institutlarını nüfuzdan salan və Erməni Apostol Kilsəsinə qarşı çıxan şəxs impiçment yolu ilə vəzifəsindən uzaqlaşdırılacaq”.

Referans xəbər verir ki, bu bəyanatın müəllifi Ermənistan parlamentinin deputatı, Serj Sərkisyanın yaxın adamı Ayk Mamicanyandır.

O, Baş nazir Nikol Paşinyanın “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin əməkdaşlarına siyasi proseslərdə iştirak etmələri halında işdən çıxarılacaqları ilə bağlı hədəsini şərh edib. Bununla belə, A.Mamicanyan konkret vaxt göstərməkdən çəkinib.

“Bu vəzifə onun həbsdə keçirəcəyi çox uzunmüddətli gələcəyini dəyişməyəcək”, ‒ deyə erməni deputat əlavə edib.
Revanşist siyasətçinin iddialarına görə, N.Paşinyan “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin sahibi, Rusiyanın “Tashir” holdinqinin rəhbəri Samvel Karapetyan və digər ermənilərdən qorxur.  


Daha ətraflı videoda:



Seçilən
3
50
referans.az

10Mənbələr