AZ

Yasamalda yaşayış binasında yanğın

Yasamal rayonunda beş mərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, "112" qaynar xəttinə Bakı şəhəri, Yasamal rayonu Hüseyn Cavid prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində beş mərtəbəli binanın üçüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.


Seçilən
15
49
news24.az

10Mənbələr