AZ

Qəzzada sülh ümidi - HƏMAS razılaşmaya yaxındır

BAKI, TurkicWorld

HƏMAS Qəzzada 60 günlük atəşkəs razılaşmasını qəbul etməyə yaxındır.

TurkicWorld xəbər verir ki, Fələstin mənbələri HƏMAS-ın Misir və Qətərin təqdim etdiyi yeni atəşkəs və əsir mübadiləsi təklifinə müsbət yanaşdığını, lakin hələlik rəsmi qərar verilmədiyini bildiriblər.

Mənbələr HƏMAS-ın razılaşmanı qəbul etməyə meylli olduğunu, lakin digər Fələstin qrupları ilə məsləhətləşmələri davam etdirdiyini və 2 gün ərzində rəsmi mövqe bildirəcəyini qeyd ediblər.

ABŞ, Misir və Qətər tərəfindən verilən "geniş zəmanətlər" və razılaşmanın təminatçıları sırasına Türkiyənin də daxil olacağı ehtimalı bu meyilliliyi gücləndirən amillərdən hesab olunur. Hazırda texniki məsələlərlə – xüsusilə humanitar yardımın çatdırılması mexanizmi, hərbi qüvvələrin geri çəkilmə yolları və atəşkəsdən sonra mümkün addımlarla bağlı danışıqlar davam edir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İsrailin 60 günlük atəşkəs üçün əsas şərtləri qəbul etdiyini açıqlayıb. O, bu müddət ərzində tərəflərlə birlikdə müharibəni bitirmək üçün çalışacaqlarını bildirib. HƏMAS da vasitəçilərin təklifini qiymətləndirdiklərini rəsmən bəyan edib.

Seçilən
8
35
turkic.world

10Mənbələr