AZ

Tramp Putinlə söhbətini təsdiqləyib

ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Tramp iyulun 3-də Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparacağını təsdiqləyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə o, Truth Social sosial şəbəkəsində yazıb.

...Mən Rusiya prezidenti Putinlə saat 10:00-da (Moskva vaxtı ilə 17:00) danışacam. Təşəkkür edirəm! – siyasətçi bildirib.

Bundan əvvəl Putin iyulun 3-də Ağ Evin rəhbəri ilə danışacağını bildirmişdi.

O, Strateji Təşəbbüslər Agentliyinin (ASI) forumunda iştirak edərkən deyib ki, “...Mən bu gün ABŞ prezidenti ilə danışacam. İki ölkə liderləri arasında bundan əvvəlki söhbət iyunun 14-də olub, 50 dəqiqə davam edib. Onun zamanı Putin İsrailin İrana qarşı hərbi əməliyyatını pisləyib. Tramp da öz növbəsində İsrail və İran ətrafındakı vəziyyəti “çox narahatedici” kimi qiymətləndirib.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
50
sia.az

10Mənbələr