AZ

Masallıda “BMW” yük maşınına çırpıldı, 2 nəfər xəstəxanalıq oldu VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Masallı rayonu, Təzə Alvadı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, iyulun 3-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 23-AB-580 dövlət nömrə nişanlı “Ford Transit” markalı yük maşını “BMW” markalı avtomobillə toqquşub. İddialara əsasən qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə bir-birinə çırpılan nəqliyyat vasitələri yararsız vəziyyətə düşüb. Hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım avtomobiliylə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
50
avtosfer.az

10Mənbələr