AZ

Dövlətin ayırdığı şəkər dərmanlarımı ala bilmirəm - Əməkdar artistdən TƏBİB-ə irad



Əməkdar artist Rəhman Rəhmanov şəkər xəstəsi kimi dövlətin ayırdığı dərmanları vaxtında ala biıməməsindən şikayətlənib.

"Medicina" xəbər verir ki, o, 15 saylı poliklinikada qeydiyyatda olsa da, 9-cu mikrarayona dərman üçün getməli olduğunu və orda da növbə və basabasdan dərmanını ala bilmədiyini deyib.


"25 ildir şəkər xəstəsiyəm, 15 saylı poliklinikada qeydiyyatdayam.Biləcəridə 2500-ə yaxın diabet xəstəsi var. Əvvəl poliklinikanın yanında aptek yaradılmışdı, xəstələr rahat ordan alıb gedirdi. İndiapteki ləğv etdilər, apardılar 9-cu mikrorayon tərəfə.O qədər növbə olur ki, almaq qeyri-mümkündür.

Bəzənnövbə çatanda görürsən dərman yoxdu. Dərmanım 80 manat edir. Elə olur ki,məcbur pulla alıram. TƏBİB-dən xahişim budur ki, bizim Biləcəridə olan həmin imtiyazlı apteki bərpa etsinlər".


Aygün M.

Seçilən
26
9
medicina.az

10Mənbələr