“Vilyarreal” “Napoli”nin futbolçusu Rafa Marini heyətinə qatıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
La Liqa təmsilçisi 23 yaşlı müdafiəçini icarəyə götürdüyünü açıqlayıb. İspaniyalı oyunçu 2025/2026 mövsümünün sonuna qədər “Vilyarreal”da çıxış edəcək. Müqavilədə satınalma hüququ da yer alıb.
Qeyd edək k, Rafa Marin ötən mövsüm cəmi 6 oyunda meydana çıxıb.