AZ

Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək

İyulun 3-ü saat 19:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, Daşkəsən, Gədəbəy, Qusarda arabir yağış yağır.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Culfada 22, Neftçalada 21,  Bakıda və Abşeron yarımadasında 20, Naftalanda 18 m/s-yə çatır.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-dək davam edəcəyi gözlənilir.
Seçilən
1
50
heftelik.az

10Mənbələr