AZ

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Azərbaycanda saat 19:00-a olan faktiki hava açıqlanıb.

Sitat.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

Daşkəsən, Gədəbəy, Qusarda arabir yağış yağır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Culfada 22, Neftçalada 21,  Bakıda və Abşeron yarımadasında 20, Naftalanda 18 m/s-yə çatır.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-dək davam edəcəyi gözlənilir.

Seçilən
0
50
sitat.info

10Mənbələr