“Sputnik-Azərbaycan” işinə görə istintaqa cəlb olunan beş nəfər barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
AzPost bildirir ki, onlar Azərbaycan vətəndaşlarıdır.
Həmin şəxslər istintaqa cəlb olunub və izahatları alınıb və sərbəst buraxılıblar.
Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də “Rossiya Segodnya”nın (Sputnik) Azərbaycandakı nümayəndəliyinin ləğv edildiyini bildirmişdi.