BAKI, 3 iyul. TELEQRAF
Moskvada ən nüfuzlu “qanuni oğru”lardan biri hesab olunan azərbaycanlı Vaqif Süleymanov saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Kriminal dairələrdə “Zaur” kimi tanınan Vaqif Süleymanova qarşı cinayətkar iyerarxiyada yüksək mövqe tutmaq ittihamı irəli sürülüb. Vaqif Süleymanovun Azərbaycan hüquq-mühafizə orqanlarının da axtarış siyahısında olduğu iddia olunur.