AZ

Almaniya Kiyevə “Patriot” tədarükünü ABŞ la razılaşmaq istəyir Bild

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Almaniya kansleri Fridrix Merz hökuməti Kiyevi silah- sursatla təmin etməyin yollarını axtarır və bu məsələdə Vaşinqtonla məxfi razılaşma əldə etmək istəyir.

525.az xəbər verir ki, bu barədə “Bild” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ-ın Ukraynaya bəzi silahların tədarükünü dayandırmaq qərarı Berlində narahatlıqla qarşılanıb. Almaniya hakimiyyəti Ukrayna Silahlı Qüvvələrində “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığını ən ciddi problem hesab edir. Nəşrin mənbələri bildiriblər ki, Almaniya iki “Patriot” sisteminin Kiyevə təhvil verilməsi üçün Pentaqonun razılığını gözləyir.

Bir neçə həftədir ki, müraciət ABŞ-da nəzərdən keçirilir. Əvvəllər Kiyev amerikalılardan “Patriot”u almağa çalışsa da, buna nail ola bilməyib, ona görə də Ukrayna hakimiyyəti yardım üçün Almaniya hökumətinə müraciət edib. Berlin Almaniyanın sorğusunun da prezident Donald Tramp administrasiyası tərəfindən rədd ediləcəyini istisna etmir.

Bundan əvvəl Almaniya Nazirlər Kabineti ABŞ-ın Kiyevə silah və sursat tədarükünü dayandırmaq qərarını müzakirə edib və belə qənaətə gəlinib ki, Amerika silahlarının çatışmazlığını kompensasiya etmək sadəcə olaraq mümkün olmayacaq.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
41
525.az

10Mənbələr