AZ

Rusiya Əfqanıstanın “Taliban” hökumətini tanıdı

BAKI, 3 iyul. TELEQRAF

Moskva Əfqanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib.

Teleqraf xəbər verir ki, bununla da, Rusiya Əfqanıstanın “Taliban” hökumətini tanıyan ilk dövlət olub.

“Hesab edirik ki, Əfqanıstan İslam Əmirliyi hökumətinin rəsmi tanınması aktı ölkələrimiz arasında müxtəlif sahələrdə məhsuldar ikitərəfli əməkdaşlığın inkişafına təkan verəcək”, - Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Artıq “Taliban” hərəkatının bayrağı Əfqanıstan bayrağı kimi Moskvadakı səfirliyin üzərində dalğalanır.

Seçilən
16
50
teleqraf.com

10Mənbələr