Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Avropa İttifaqı (Aİ) 2025-ci ilin sonuna qədər Ukraynaya iki milyon ədəd mərmi və 1.5 milyard avro verəcək".
Oxu.Az strana.ua-ya istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Kopenhagendə keçirdiyi brifinqdə deyib.
"1.5 milyard avronun mənşəyi çox vacibdir. Biz Rusiyanın pullarından (Rusiyanın dondurulmuş aktivləri - red.) istifadə edirik.
Faktiki olaraq Ukraynanın istifadə edəcəyi silahların pulunu Rusiya ödəyir", - deyə o vurğulayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.