Dünya reytinqinin lideri, “Böyük dəbilqə” turnirlərinin üçqat qalibi olan italiyalı tennisçi Yannik Sinner Uimbldon-2025-in üçüncü mərhələsinə vəsiqə qazanıb.
90deqiqe.Az xəbər verir ki, turnirin ikinci mərhələsində Sinner (1) Avstraliya təmsilçisi, dünya reytinqində 93-cü pillədə qərarlaşan Aleksandar Vukiçi 6:1, 6:1, 6:3 hesabı ilə asanlıqla məğlub edib.
1 saat 41 dəqiqə davam edən görüşdə Sinner 12 “eeys” zərbəsi vurub, heç bir ikiqat səhv etməyib və 9 şansdan 6 “breyk” imkanı reallaşdırıb.
İtaliyalı tennisçi 1/8 final mərhələsinə vəsiqə uğrunda dünya reytinqində 52-ci yerdə olan ispaniyalı Pedro Martinez Portero ilə qarşılaşacaq.