AZ

Kobaxidze: Gürcüstan Azərbaycanla əlaqələri genişləndirir

TBİLİSİ, 3 iyul. TELEQRAF

“Gürcüstan region ölkələri, həmçinin yaxın qonşularımız olan Azərbaycan, Türkiyə, Ermənistanla əlaqələri daim genişləndirir və bu olduqca vacibdir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze İmedi telekanalının efirində yayımlanan “İmedi Live” proqramında deyib.

Onun sözlərinə görə, ərəb və Mərkəzi Asiya ölkələri ilə münasibətlər istiqamətində də fəal iş aparılır.

İ.Kobaxidze qeyd edib ki, Gürcüstan Avropa İttifaqındakı əsas tərəfdaşı Macarıstanla çox sıx və uğurlu əlaqələr saxlayır:

“Biz gürcü xalqına qarşı çox və yaxud az xeyirxahlıqla yanaşan digər dövlətlərlə də münasibətlərin maksimum inkişaf etdirilməsi üçün çalışırıq”.

Seçilən
21
23
teleqraf.com

10Mənbələr