AZ

Güclü külək, yağış, dolu — Günün havası

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Demokrat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-21° isti, gündüz 24-28° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq.

 Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Seçilən
5
50
demokrat.az

10Mənbələr