AZ

Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşır

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,07 ABŞ dolları, yaxud 1,46 % artaraq 74,68 ABŞ dolları təşkil edib.

Bu barədəneft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 71,14 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,10 ABŞ dolları və ya 1,52 % artaraq 73,43 ABŞ dolları təşkil edib.

Seçilən
1
50
aznews.az

10Mənbələr