AZ

Fernandu Santuş Jotanın faciəvi ölümündən danışdı: "Onun ailəsi üçün dua edirəm"

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Dioqo Jota və Andre Silva qardaşlarının faciəvi ölümündən danışıb.

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis “Lusa” nəşrinə açıqlamasında Jotanın ailəsi üçün dua etdiyini bildirib: 

“Hər kəs Dioqonun keyfiyyətlərini bilirdi, o, böyük iş etikası, güclü və fərqli xarakterə malik, əla komanda ruhu və işində böyük əzmkarlıq göstərən təvazökar oğlan idi. Buna görə də o, bu cür nailiyyətlər əldə etmişdi. Əgər Dioqo milli komandaya düşmüşdüsə, deməli, o, buna layiq idi. Onu çoxdan izləyirdilər. Dioqo milli komandaya 22 yaşında gəlmişdi. Hamı Jotanın futbolçu kimi tarixçəsini yaxşı bilir. Bu faciəvi hadisəyə məruz qalan ailənin ağrısını hamımız bölüşməliyik. Valideynlər iki oğlunu, xanımları ərlərini itirdi, uşaqlar isə atasız qaldı. Onun və qardaşı üçün dua edirəm. Allah ruhlarını şad etsin. Mən onun ailəsi üçün dua edirəm ki, onlar bu durumdan möhkəm çıxa bilsinlər. Asan vəziyyət deyil. Bu, heç vaxt asan olmayacaq”.

Xatırladaq ki, Jota Santuşun rəhbərliyi altında Portuqaliya millisinin heyətində AVRO-2016 və 2019-cu ildə Millətlər Liqasının qalibi olub.

saytlarin hazirlanmasi

Seçilən
9
3
sportal.az

10Mənbələr