AZ

Nazir parlamentdəki büdcə müzakirələrini yüksək qiymətləndirib

Milli Məclisdə keçirilən müzakirələrdə deputatlar və hökumət nümayəndələri 2024-cü ilin dövlət büdcəsinin icrasını müsbət qiymətləndiriblər. Bunu maliyyə naziri Sahil Babayev iyulun 4-də Parlamentdə “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib. 


 “Müzakirələr zamanı büdcə sistemi, sosial müdafiə, səhiyyə və iqtisadi sabitlik kimi əsas istiqamətlər üzrə geniş müzakirələr aparılıb. Ötən il ərzində ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılıb, sosial xidmətlərin təminatında irəliləyişlər əldə olunub və “Böyük Qayıdış” proqramı çərçivəsində 15 mindən çox vətəndaş doğma yurdlarına qaytarılıb”, - nazir bildirib. 


Babayev vurğulayıb ki, dövlət ehtiyatlarının artırılması və gələcək büdcə icrası üçün əlavə imkanlar yaranıb. 


Nazir əlavə edib ki, müzakirələr zamanı növbəti illərin büdcə planlaşdırılması üçün bir sıra qeydlər də götürülüb.


Gülnar Nazimqızı
 

Seçilən
1
50
anews.az

10Mənbələr