Finss.az - Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi III oxunuşda qəbul edilib.
Qanun layihəsinə əsasən, ötən il dövlət büdcəsinin gəlirləri 37 milyard 161,8 milyon manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 5,5% çox, proqnozla müqayisədə isə 2,1% artıqdır.
Büdcənin xərcləri isə 37 milyard 713,6 milyon manat səviyyəsində olub. Bu göstərici illik müqayisədə 3,4% artım nümayiş etdirir. Lakin xərclər proqnozla müqayisədə 5,1% aşağı olub.
Nəticədə 2024-cü ildə dövlət büdcəsinin kəsiri 551,8 milyon manat təşkil edib ki, bu da ÜDM-in 0,4%-i qədərdir.