Rusiya Dövlət Dumasının deputatı Sergey Mironov Rusiya Federasiyasının Baş prokuroruna müraciət göndərib.
News24.az yerli mediaya istinadən xəbər verir ki, o, diasporaları və onlara bağlı strukturları, o cümlədən Moskvanın ən böyük "Sadovod" və "Food City" bazarlarını yoxlamaq xahiş edib.
"Sizdən xahiş edirəm ki, Rusiya Federasiyasının bütün subyektlərində Azərbaycan diasporlarının və onlara bağlı strukturların fəaliyyətinin hərtərəfli yoxlanılması, o cümlədən onlara məxsus müəssisə və təşkilatların mövcud qanunvericiliyə uyğunluğu, o cümlədən “Sadovod” (Moskva), “Food City” (Moskva) ticarət mərkəzlərinin fəaliyyətinin yoxlanılsın".
Mironov xatırladıb ki, bu il iyunun 27-də Yekaterinburqda bir neçə qətldə şübhəli bilinən azərbaycanlı mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıb və onların əksəriyyəti Rusiya vətəndaşlarıdır.
Aqil