AZ

Ötən gecə Rusiya Ukraynaya 550 PUA və raket buraxıb

İyulun 4-nə keçən gecə Rusiya Ukraynaya 539 pilotsuz uçuş aparatı və 11 raketlə kütləvi zərbə endirib.

Herbiand.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, buraxılan PUA-lardan 330-dan çoxu “Shahed” olub. Bir Kh-47M2 “Kinjal” aeroballistik raketi, altı “İskəndər-M/KN-23” ballistik raketi və dörd “İskəndər-K” qanadlı raketi Ukraynanı hədəf alıb.

Ukrayna Hərbi Hava Qüvvələri komandanlığı bildirib ki, 478 hava hədəfi uğurla vurulub və ya elektron müdafiə qurğuları ilə zərərsizləşdirilib.

Seçilən
5
11
herbiand.az

10Mənbələr