BAKI, 4 iyul. TELEQRAF
Saxta diplom əldə etmək iddiasına görə “rəsmi sənədləri silsilə saxtalaşdırmaq” ittihamı ilə həbsdə olan Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu haqqında ittihamnamə hazırlanıb.
Prokurorluq İmamoğlu üçün 2 il 6 aydan 8 il 9 aya qədər həbs və siyasi qadağa istəyib.