AZ

Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər – Ali Məhkəmə

Bakı.Trend:

Ögey şəxslər yalnız vəsiyyət üzrə vərəsə ola bilər, digərhallarda qohumluq və ya övladlığa götürmə şərtdir.

Trend xəbərverir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmətəcrübəsini formalaşdıran daha bir qərar qəbul edib.

Hallara görə, iddiaçının anası mirasqoyanla (iddiaçının ögeyatası) rəsmi nikah münasibətlərinə daxil olmuş, müəyyən müddətdənsonra iddiaçının anası, 4 ay sonra isə mirasqoyan vəfat etmişdir.İddiaçının ögey atası ilə heç bir qohumluq, o cümlədən övladlığagötürmə münasibəti olmamışdır. O, anasının ögey atasının arvadıkimi birinci dərəcəli vərəsəsi olmasına istinad edərək mirasəmlakdakı paya iddia etmiş, lakin notarius ona vərəsəlikşəhadətnaməsinin verilməsindən imtina etmişdir. İmtina MülkiMəcəllənin 1252-ci (irsi transmissiya) maddəsinə istinad edilməkləonunla əsaslandırılmışdır ki, iddiaçının anası ögey atasından əvvəlvəfat edib. Həmçinin, “Notariat haqqında” Qanunun 62-ci maddəsinəistinad edilərək göstərilib ki, müraciət edilən əmlakla bağlıər-arvadın hər ikisi vəfat etdiyindən müraciətdən imtinaolunur.

Bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət edib, aşağıinstansiya məhkəmələri iddianı təmin etməyib. İddiaçı Ali Məhkəməyəmüraciət edib.

Kassasiya instansiya məhkəməsinin mövqeyi:

Mülki qanunvericilik mirasın açıldığı (mirasqoyanın öldüyü) vaxtbaxımından vərəsənin ölümünə münasibətdə iki qayda nəzərdə tutub:vərəsə mirasqoyandan sonra, lakin miras qəbul edilənədək ölərsə(irsi transmissiya – MM, 1252-ci maddə); qanun üzrə vərəsəmirasqoyandan əvvəl ölərsə (vərəsənin əvəzlənməsi - 1159-cu maddə).Bu institutlar müəyyən əlamətlərinə görə fərqlənir. Belə ki, irsitransmissiya həm vəsiyyət, həm də qanun üzrə vərəsəlik zamanıtətbiq edilə bildiyi halda, vərəsənin əvəzlənməsi yalnız qanun üzrəvərəsəlik zamanı mümkün ola bilər; irsi transmissiyada vərəsəninölməsi halında ona çatacaq pay bütün vərəsələri arasındabölüşdürüldüyü halda, vərəsənin əvəzlənməsi yalnız düzünə xətt üzrəqan bağı əsasında müəyyən edilə bilər.

O da qeyd edilməlidir ki, Mülki Məcəllənin 1252-ci maddəsi “irsitransmissiya” anlayışı altında vərəsənin miras açıldıqdan sonra,lakin miras qəbul edilənədək öldüyü halda, mirasdan pay almaqhüququnun onun vərəsələrinə keçməsini nəzərdə tutur. Sözügedənnorma açılmış mirasın qəbul müddətinə tabe olması institutununqüvvədə olduğu müddətdə yaranan vərəsəlik münasibətlərindəvərəsənin öz iradəsindən kənar şəkildə (ölməsi halında) mirasıqəbul edə bilməməsi ilə bağlı qaydanı tənzimləsə də, əslindəvərəsəliyin ümumi qaydalarını müəyyən edir. Belə ki, həmin normayagörə ölümü səbəbindən mirası qəbul edə bilməyən şəxsin mirası qəbuletməsi ehtimal edilir, məhz bu səbəbdən də mirasdan pay almaqhüququnun onun vərəsələrinə keçməsi müəyyən edilir. Hazırda qüvvədəolan mülki qanunvericilik mirasın qəbul müddətinə tabe olmasıinstitutunu dəstəkləmədiyindən və miras açıldığı andan avtomatikvərəsənin mülkiyyəti sayıldığından, qanun üzrə vərəsənin onu öziradəsinə zidd, o cümlədən miras açılandan sonra ölməsi səbəbindənqəbul edə bilməməsi mümkün deyildir, bu zaman vərəsə əmlakayiyələndikdən sonra ölmüş sayılır və onun mirası öz vərəsələriarasında ümumi qaydalar çərçivəsində bölünür.

Vərəsənin əvəz edilməsi qaydası isə Mülki Məcəllənin 1159-cumaddəsində nəzərdə tutulmuşdur: bu qayda yalnız bir halda – qanunüzrə vərəsənin ölümünün mirasqoyandan əvvəl gerçəkləşdiyi zamantətbiq edilə bilər. Vərəsənin əvəzlənməsi irsi xarakter daşıyır,təsadüfi deyil ki, sözügedən norma bu qaydanı müəyyən edərkənbirinci növbə vərəsələrdə yalnız nəvə, nəticə və uşaqlara, ikincinövbə vərəsələrin uşaqlarına (və onların uşaqlarına), üçüncü növbəvərəsələrin ana və atalarına münasibətdə müəyyən etmişdir.

Qanunvericiliyin təhlilindən və Konstitusiya Məhkəməsininqərarlarındakı hüquqi mövqelərdən belə bir nəticə hasil olur ki,həm irsi transmissiya, həm də vərəsələrin əvəzlənməsi zamanıqohumluq faktoru önəmlidir, 1159-cu maddədəki yanaşmadan da aşkarşəkildə bəlli olur ki, vərəsənin əvəzlənməsi mirasqoyanın düzünəxətt üzrə olan qan bağına əsaslanmışdır. Birinci dərəcəli vərəsələrmirasqoyanla ən yaxın qohumluq münasibətində olan şəxslərolduğundan, onların hər hansı birinin mirasqoyandan əvvəl ölməsihalında, həmin vərəsənin yerinə keçəcək şəxsin tək ölmüş vərəsəninövladı (nəvəsi, nəticəsi) olması yetərli olmayaraq, həm dəmirasqoyanla düzünə xətt üzrə qan bağının olması əsas şərt hesabolunur. Bu qaydada yalnız 1159.1-ci maddədə nəzərdə tutulmuşhallarda övladlığa götürülən və övladlığa götürən şəxslərəmünasibətdə istisnalıq təşkil edə bilər.

Bundan başqa, düzünə xətt üzrə qohumluq bağı olan nəvə, nəticəvə uşaqların mirasqoyandan əvvəl ölmüş vərəsə - valideynin yerinəkeçməsi qaydası birinci dərəcə vərəsələrə münasibətdə bütün hallaraşamil edilə bilməz, çünki qanunverici 1159.1.3-cü maddədə“sonuncular”, habelə “mirasın açıldığı vaxt miras qoyanınvərəsələri olacaq valideynləri” ifadəsi işlədərkən “sonuncular” və“valideyn” qismində yalnız miras qoyanla aşağı xətt üzrə qan bağıolan qohumlarını (övladlarını, nəvələrini, nəticələrini, ocümlədən, övladlığa götürülən şəxsləri) nəzərdə tutmuşdur. Digərbirinci dərəcəli vərəsələrin (arvad, ata, ana) mirasqoyandan əvvəlöldüyü hallar bu qaydada istisnalıq təşkil etmişdir. Belə ki,mirasqoyanın arvadının (ərinin) başqa nikahdan olan övladınınmirasqoyanla qohumluğu olmadığı halda, həmin övlad 1159.1-cimaddədə nəzərdə tutulan “valideynin” yerinə keçə bilməz. Ocümlədən, mirasqoyanın yüksələn xətt üzrə qohumlarına -valideynlərinə münasibətdə də bu qayda tətbiq edilə bilməz, buzaman qanun üzrə vərəsəliyin qohumluq dərəcələri ilə müəyyənedilmiş ardıcıllığı pozula bilər, çünki qanun, miras qoyanınbacı-qardaşlarını ikinci dərəcə vərəsəlik qrupundamüəyyənləşdirmişdir. Göstərilənlərin əksi qanun üzrə vərəsəlikhüququnun təməl prinsiplərinə zidd olmaqla, qanun üzrə vərəsələrindairəsinin qeyri-məhdud olması ilə nəticələnə, vərəsələrin vəvərəsəlik paylarının müəyyən edilməsi, miras qoyanın öhdəliklərinəgörə məsuliyyət, sonrakı növbəyə aid olan qohumların ardıcıllığınınmüəyyən edilməsi və s. hallar baxımından ciddi qarışıqlıqyaratmaqla qeyri-müəyyənliyə səbəb ola bilər.

Beləliklə, Mülki Məcəllənin 1159.1.3-cü maddəsinin məzmununagörə, mirasın açıldığı vaxt miras qoyanla aşağı xətt üzrə qan bağıolan qohumları sağ olmadığı halda, onların uşaqları, nəvələri vənəticələri qanun üzrə vərəsə sayılırlar və öz valideynlərininyerinə keçirlər. Baxılan işdə iddiaçının mirasqoyanla qohumluğumüəyyən edilmədiyindən, ondan qalmış mirasa dair anası baxımındanbirinci dərəcə vərəsə hesab oluna bilməz.

Qeyd olunanları nəzərə alaraq, Ali Məhkəmənin Mülki kollegiyasıkassasiya şikayətinin təmin edilməməsi ilə bağlı qərar qəbuledib.

Seçilən
1
42
az.trend.az

10Mənbələr