AZ

Əkrəm İmamoğlu üçün tələb olunan cəza açıqlandı

Saxta diplom əldə etmək işi çərçivəsində “rəsmi sənədləri silsilə saxtalaşdırmaq” ittihamı ilə həbsdə olan Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu haqqında ittihamnamənin hazırlanması tamamlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Prokurorluq Ə.İmamoğlu üçün 2 il 6 aydan 8 il 9 aya qədər həbs və siyasi qadağa istəyib.

Xatırladaq ki, İstanbul Universiteti fevral ayında bəzi məzunlarının bakalavr diplomunun saxta olduğunu iddia edərək, Baş Prokurorluğun başlatdığı saxta diplom istintaqı çərçivəsində aralarında Əkrəm İmamoğlu da daxil olmaqla 28 nəfərin diplomlarının ləğv edilməsinə qərar vermişdi.

Ə.İmamoğlu mart ayında İstanbul bələdiyyəsinə qarşı açılan cinayət işi çərçivəsində həbs olunub. O, korrupsiyada ittiham edilir. Əkrəm İmamoğlu ittihamları qəbul etmir.
Seçilən
0
28
sherg.az

10Mənbələr