AZ

Romada yanacaqdoldurma məntəqəsində güclü partlayış olub

İtaliyanın paytaxtı Romada yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

“İki sahil” xəbər verir ki, hadisə nəticəsində 21 nəfər yaralanıb. Beş yaralı xəstəxanaya yerləşdirilib. Yaralıların bəziləri mülki müdafiə qüvvələrinin əməkdaşlarıdır. Partlayış baş verən zaman yanğınsöndürənlər artıq ərazidə olublar. Yoldan keçənlər də yaralanıb.

Partlayış paytaxtın bir çox bölgələrindən eşidilib. Ətrafdakı binalara ziyan dəyib, bir anbarda yanğın olub. Yaxınlıqdakı metro bağlanıb. Yanğından sonra geniş əraziyə yayılan tüstü şəhərin bir çox hissəsindən görünüb. Təhlükəsizlik qüvvələri hadisə ilə bağlı araşdırmalara başlayıb.

İtaliya Nazirlər Şurasının məlumatına görə, Baş nazir Ciorcia Meloni vəziyyəti yaxından izləyir və baş verənlərlə bağlı Roma meri Roberto Qualtieri ilə telefon danışığı aparıb.

Seçilən
6
50
ikisahil.az

10Mənbələr