AZ

Bakıda küçələrdə "kahinlər" peyda olub - İnsanları terapiya edirlər - VİDEO

Bakının mərkəzi küçələrində xüsusi geyimli "kahinlər" peyda olub.

Özünəməxsus geyimdə Bakı küçələrində dolaşan bu şəxslər insanlara yaxınlaşırlar.

Onlar rastlaşdıqları adamların əvvəlcə əllərindən tutur, hansısa naməlum bir neçə hərəkət edir və bu yolla onu terapiya etdiyini bildirir.

Daha sonra isə adətən həmin şəxslərə qolbaq verir və qarşılığında pul istəyirlər.

Vətəndaşların sözlərinə görə, əvvəl anlamasalar da, sonrada bunun pul almaq üçün bir kələk olduğunu başa düşüblər. Bəzi vətəndaşların sözlərinə görə, sözgedən "kahinlər" bir neçə müddətdir ki, Bakının mərkəzi hissəsində dolaşaraq bu yolla insanlardan pul almağa çalışırlar. /Milli.Az

Seçilən
4
50
musavat.com

10Mənbələr