AZ

WSJ: Putin ABŞ ın zəifliyini hiss edir və Ukraynaya qarşı amansız yay hücumuna hazırlaşır

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

ABŞ-ın sabiq prezidenti Donald Tramp Ukraynaya dəstəyini geri çəkdiyi bir vaxtda Rusiya bu fürsətdən istifadə edərək quru hücumlarını genişləndirir və Ukrayna şəhərlərinə intensiv hava zərbələri endirir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” yazır.

Nəşr qeyd edir ki, Rusiya lideri Vladimir Putin Trampla telefon danışığında ABŞ prezidentinin müharibəni dayandırmaq çağırışlarına məhəl qoymadığını açıq şəkildə bildirib. Onun məqsədləri hələ də dəyişməyib: Ukraynada rus hökmranlığını bərpa etmək və Qərbi Kiyevə dəstəyi dayandırmağa məcbur etmək. ABŞ-ın bu həftə Ukraynaya silah tədarükünü dayandırmaq qərarı Putinin səylərinə ciddi təkan verib.

WSJ vurğulayır ki, Putinin strategiyası Ukraynanın müharibə aparmaq iradə və imkanlarını sındırmaq, hərbi və mülki əhalisinə təzyiqi artırmaqdır. Ukraynanı bu yay Rusiyanın amansız hücumları gözləyir, Trampın sülh təşəbbüsləri isə dalana dirənib.

Analitiklərin fikrincə, son hadisələr Rusiyanın münaqişənin gərginliyə söykənən xarakterində Ukraynanı və onun tərəfdarlarını tükəndirə biləcəyinə inamını daha da artırıb. Ukrayna indi resurslara qənaət etməyə məcbur qalacaq və bu, Rusiyanın döyüş meydanındakı uğurlarını sürətləndirə bilər.

"Ancaq bu mərhələdə ərazi zəbt etmək Rusiyanın əsas məqsədi olmaya bilər, – deyə WSJ yazır. - Bəzi analitiklərə görə, Putin indi əsasən daha kiçik qonşusunun ordusunu və texnikasını "əritmək”, həmçinin Ukrayna cəmiyyətinin və Qərbin dəstəyini sarsıtmaq istəyir".

Məhz buna görə Rusiya Kiyev və digər şəhərlərə hava zərbələrinin miqyasını artırır – nəticədə mülki əhali arasında tələfat artır, binalar dağıdılır, insanlar fiziki və psixoloji baxımdan tükənməyə başlayır.

Daha əvvəl mediada yazılmışdı ki, ABŞ Müdafiə Nazirliyi Ukraynaya bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların tədarükünü dayandırıb. Səbəb kimi artilleriya mərmiləri, hava hücumundan müdafiə raketləri və dəqiq silah ehtiyatlarının tükənməsi göstərilir.

Ukrayna prezidenti Volodimir Zelenski isə yaxın günlərdə ABŞ prezidenti Donald Trampla bu kritik silah tədarükünün dayandırılması barədə danışmağı planlaşdırdığını bildirib.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
50
qaynarinfo.az

10Mənbələr