Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Belçikanın Azərbycandakı fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon ilə görüş keçirib. SİA xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Qarabağ və Şərqi Zəngəzurda icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı barədə qonağa məlumat verilib.
Görüşdə, iki ölkə arasında mina təhlükəsi ilə mübarizə sahəsində gələcək əməkdaşlıq imkanları, minaaxtaran itlər üzrə təlim proqramlarının və təcrübə mübadiləsinin təşkili, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.