AZ

Prokurorluq məhkəmədən İmamoğluna 8 il həbs tələb etdi

Yazını böyüt
Yazını kiçilt

Həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu haqqında aparılan saxta diplom istintaqı çərçivəsində hazırlanan iddianamədə tamamlanıb. Prokurorluq İmamoğlu üçün 8 il 9 ay həbs və siyasi qadağa istəyib.

Hafta.az-ın yazdığına görə, Silivri Mərmərə Həbsxanasında saxlanılan İmamoğlu üçün hazırlanan iddianamədə İstanbul Universiteti Biznesin İdarə Edilməsi Fakültəsi diplomunun “fırıldaqçılıq yolu ilə alındığı” və “saxtakarlıq cinayətində iştirak etdiyi” bildirilib.

Prokurorluq Əkrəm İmamoğlunun Girnə Amerika Universitetindən İstanbul Universitetinə qanunsuz keçdiyini, bu səbəbdən verilən diplomun etibarlı olmadığını qeyd edib.

Martın 18-də İstanbul Universiteti rəhbərliyi, aralarında Əkrəm İmamoğlu da daxil olmaqla ümumilikdə 28 nəfərin diplomunu ləğv etdiyini açıqlayıb. Həmin gün İstanbul Universiteti İmamoğlunun diplom qeydini məlumat bazasından silib və ona bildiriş göndərilib.

Seçilən
1
11
hafta.az

10Mənbələr