XANKƏNDİ, 4 iyul. TELEQRAF
ECO-ya üzv ölkələr arasında nəqiyyat-logistika imkanlarının inkişaf etdirilməsi təklif olunub.
Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib.
O bildirib ki, təşkilat arasında ticarət dövriyyəsini artırmaq üçün bir neçə addım atılmalıdır:
"Kollektiv səylərimiz bunlara yönəlməlidir. Təşkilata üzv ölkələr arasında nəqliyyət-loqistika imkanlarını asanlaşdırılmalı, viza gömrük proseslərinin asanlaşdırmaq, yük daşımanın rəqəmsalllaşdırıması, dənizə çıxışı ölkələr üçün liman xidmətləri üçün azaldılmış tariflərin olmasını təklif edirik. Sənayənin inkişafı üçün xarici investorlar üçün imkanları yaratmalıyıq".