AZ

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Trans-Əfqan dəhlizi ilə birləşdiriləcək - Şavkat Mirziyoyev

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Trans-Əfqan dəhlizi ilə birləşəcək.

Day.Az bildirir ki, Trend-in Xankəndiyə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İƏT 17-ci zirvə-görüşündə etdiyi çıxışda deyib.

"Son geosiyasi hadisələr və qlobal logistika sistemlərindəki pozuntular fonunda alternativ logistika zəncirlərinin qurulması prioritet istiqamətlərdən biri olaraq qalmaqdadır. Bu kontekstdə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin gerçəkləşdirilməsinə başlanılması mühüm addım olmuşdur. Gələcəkdə bu magistral Trans-Əfqan dəhlizi ilə birləşdiriləcək və bu da regionda tranzit marşrutlarının effektiv inteqrasiyası üçün yeni imkanlar açacaq", - deyə o bildirib.

Xəbər yenilənəcək

Seçilən
6
20
day.az

10Mənbələr