AZ

Azərbaycan və Almaniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Bakı.Trend:

Berlin şəhərində Azərbaycan Respublikası və Almaniya FederativRespublikası Xarici İşlər Nazirlikləri arasında siyasiməsləhətləşmələrin növbəti raundu keçirilib.

Trend xəbərverir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müaviniFariz Rzayev, Almaniya nümayəndə heyətinə isə bu ölkənin Xariciİşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələriüzrə müvəkkili Konrad Arz von Straussenburq rəhbərlik edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi əlaqələrin caridurumu müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçünqarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsindəgörüşlərin əhəmiyyəti vurğulanıb.

İqtisadi, enerji, nəqliyyat, humanitar sahələrdə və beynəlxalqtəşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişafperspektivləri, habelə Azərbaycanın təşəbbüsü və iştirakı iləhəyata keçirilən strateji enerji və nəqliyyat layihələri ətrafındamüzakirələr aparılıb, eləcə də humanitar minatəmizləmə sahəsindəhəyata keçirilən layihələr barədə danışılıb.

Görüşdə post-münaqişə dövründə bölgədəki vəziyyət,Ermənistan-Azərbaycan normallaşma prosesi, Azərbaycan tərəfindənbölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılanaddımlar, qarşıya çıxan maneələr, eləcə də işğaldan azad edilmişərazilərdə həyata keçirilən irimiqyaslı bərpa-quruculuq işləribarədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində F.Rzayev, həmçinin Almaniyanın digər bir sırarəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib, eləcə də aparıcıaraşdırma və beyin mərkəzlərinin nümayəndələri ilə dəyirmi masaformatında baş tutan müzakirələrdə iştirak edib.

Seçilən
0
12
az.trend.az

10Mənbələr