Xankəndi. Trend:
Pakistanın Baş-naziri Şahbaz Şərif İƏT çərçivəsində aşağıkarbonlu dəhlizlərin yaradılmasını təklif edib.
Trend-inXankəndiyə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu ŞahbazŞərif İƏT 17-ci zirvə-görüşündə çıxışında deyib.
“Pakistan aşağıkarbonlu dəhlizlərin, ümumtəşkilati karbon bazarıplatformasının və təbii fəlakətlərə qarşı regional dayanıqlılıqsistemlərinin hazırlanmasını təklif edir.
İqlim maliyyələşməsinin səfərbər olunması üçün xüsusi strukturunyaradılması, regional təmiz enerji dəhlizləri və ekoturizmsahəsində təşəbbüslərlə yanaşı, inklüziv və dayanıqlı artımı təşviqedə bilər. Bu, xüsusilə gənclər və qadınlar üçün ‘yaşıl’ işyerlərinin yaradılmasına və həssas regionlarda dolanışıqvasitələrinin dəstəklənməsinə xidmət edəcək”,- deyə o bildirib.