AZ

Media ilə bağlı qanun layihəsi yeni hüquqi normaların tətbiqi ilə fəaliyyətin daha keyfiyyətli qurulmasına imkan yaradacaq – Sevil Mikayılova

Bakı. Trend:

“Media haqqında” Qanuna dəyişiklik və əlavələrə dair qanunlayihəsi ilk növbədə media sahəsində hüquqi münasibələrintənzimləməsinin daha da təkmilləşdirilməsini nəzərdə tutur.

Trend xəbərverir ki, bunu Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU)Azərbaycandan vitse-prezidenti, Milli Məclisin İnsan hüquqlarıkomitəsinin üzvü Sevil Mikayılova parlamentin bu gün keçiriləniclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, xarici media subyektlərinin filial vənümayəndəliklərinin ölkə ərazisində fəaliyyəti beynəlxalqmüqavilələr və Azərbaycan qanunvericiliyinə görə tənzimlənəcək:

“Media Reyestrində olmadan həyata keçirilən media fəaliyyətiqanunsuz hesab ediləcək və onların fəaliyyəti dayandırılacaq. Buyanaşma beynəlxalq təcrübəyə əsaslanır, buna qədər mövcud olan birsıra boşluqların aradan qaldırılmasına yönəlib və xarici mediasubyektlərinin hüquq və öhdəliklərini müəyyənləşdirəcək”.

Deputat vurğulayıb ki, qanuna informasiya agentliklərinin işprinsiplərinə də mütərəqqi dəyişikliklər və əlavələr edilib:

“İnformasiya agentliyini digər media subyektlərindənfərqləndirən xüsusiyyət onun işinin mürəkkəbliyidir. Özəl kontentinyaradılması şərtdir və təbii ki, bu böyük investisiya tələb edir.“Trend” İnformasiya Agentliyində uzun müddət işləmiş media işçisiolaraq söyləmək istəyirəm ki, “Trend”in illərlə davam edənbeynəlxalq təcrübəsi olduğu üçün bu prinsipləri tətbiq edirdi. Özəlolmayan və müqaviləyə əsaslanmayan kontentdən istifadə beynəlxalqhüquq prosedurlarına görə ciddi maliyyə sanksiyalarının tətbiqiüçün əsas yaradır. Fəaliyyətimizin ilk mərhələsində müəyyənçətinliklərlə rastlaşırdıq, hətta ciddi maliyyə sanksiyaları ilə dəüzləşmişdik. Müqavilələr dedikdə təkcə kommersiya müqavilələrininəzərdə tutmuruq, söhbət müəllif hüquqlarının qorunmasından gedir.Bu da beynəlxalq təcrübədə çoxdan qəbul olunan normadır”.

Sevil Mikayılova əlavə edib ki, saxta məlumatların dərci vəyayımını qadağan edən normanın müəyyənləşdirilməsi gününtələbidir:

“Bu səbəbdən media subyektlərinin fəaliyyətinin müvəqqətidayandırılması və xitamı ilə bağlı bəzi normalar müəyyənləşib.Media Reyestrindən çıxarılma üçün əsas kimi nəzərdə tututan yeninormalar media subyektlərinin yayımladıqları məlumatlara görəməsuliyyətini artıracaq və cəmiyyətin KİV-ə olan etimadınıyüksəldəcək. Bundan əlavə, mümkün sanksiyaların müəyyən edilməsiredaksiyaları dərc etdikləri materialların keyfiyyətinə, faktolojidəqiqliyinə və qanuna uyğunluğuna daha çox diqqət yetirməyə təşviqedəcək”.

Millət vəkilinin sözlərinə görə, xarici media subyekləri dədaxil olmaqla bütün media subyektləri tərəfindən dərci və yayımıqadağan olunan materiallarla bağlı tədbirlərin görülməsisəlahiyyətinin Medianın İnkişafı Agentliyinə verilməsi mühüməhəmiyyət kəsb edir:

“Belə ki, Agentliyin səlahiyyətlərinin genişləndirilməsi bütünmedia subyektlərinin qanunvericiliyə əməl etməsinə daha effektivnəzarət mexanizmini formalaşdıracaq. Media bazarında bərabərrəqabətli fəaliyyət şəraiti təmin ediləcək və ölkənin informasiyatəhlükəsizliyi sistemini möhkəmləndirəcək.

Bundan əlavə, xarici media subyektlərinin Azərbaycan ərazisindəmaliyyə mənbələrinin şəffaflaşdırılması ölkənin daxili informasiyaproseslərinə xarici müdaxilələrin qarşısını almağa xidmət edəcək.Yəni, Azərbaycandakı xarici media subyektlərinin fəaliyyətininmüstəqilliyini və şəffaflığını gücləndirəcək”.

Deputat qeyd edib ki, qanun layihəsi yeni hüquqi normalarıntətbiqi ilə media fəaliyyətini daha keyfiyyətlə qurmağa imkanyaradacaq, media subyektlərinin məsuliyyətini artıraraq cəmiyyətinonlara olan etimadını daha da möhkəmləndirəcək.

“Qanunun zəruriliyini bir daha qeyd edirik və mütərəqqidəyişikliyi ehtiva edən bu qanunvericilik təşəbbüsünüdəstəkləyirik”, - deyə o fikrini yekunlaşdırıb.

Məqalədə:
Seçilən
3
23
az.trend.az

10Mənbələr